Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən prokurorluq orqanlarının əməkdaşları arasında Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü və muxtar respublikanın 100 illik yubileyinə həsr olunmuş futzal turnirinin final matçı və mükafatlandırılma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Məcid Seyidov və Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev final matçını izləyib, komandalara diplom, kubok və hədiyyələr təqdim ediblər.